Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Nömrələr artıq hərracda satılacaq – Ekspertdən açıqlama

Nömrələr artıq hərracda satılacaq – Ekspertdən açıqlama

“Məlumunuz olsun ki, yaxın gələcəkdə avtomobillər üçün bəzi dövlət qeydiyyat nişanları (nömrələri) artıq hərrac yolu ilə satılacaq”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə hüquqşünas Ərşad Hüseynov öz facebook səhifəsində yazıb. O, qeyd edib ki, 001, 100, 111, rəqəmləri olan nömrələr üçün hərf və rəqəm kombinasiyasından asılı olaraq, 500-2500 manat arasında xüsusi rüsum nəzərdə tutulur.

“Dövlət rüsumu haqqında” Qanuna edilən son dəyişikliyə əsasən, yaxın gələcəkdə Prezident tərəfindən həm hərrac qaydaları müəyyən ediləcək, həm də hansı nömrələrin hərracla satılacağı göstəriləcək. Belə güman etmək olar ki, təkcə göstərdiyim üç variantda rəqəmləri olan nömrələr deyil, bəzi başqa nömrələr də hərracla satılacaq” – deyə Hüseynov vurğulayıb.

Hüquqşünas bildirib ki, eyni zamanda adi nömrələr üçün nəzərdə tutulan 22 manat rüsum da artıq 35 manat olacaq: “Qanun bu gün dərc edilsə də, hələ tətbiq edilməyəcək. Çünki yeniliklərin tətbiqi üçün həm “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilməlidir, həm də qeyd etdiyim hərrac qaydaları hazırlanaraq Prezident fərmanı ilə təsdiqlənməlidir”.

Həmçinin oxuyun

Azərbaycanda 64 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Bu gün Azərbaycanda 64 yaşlı qadınla 70 kişinin əkiz övladları dünyaya gəlib. Cütlük süni mayalanma …