Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Nizaminin icra başçısı vəzifədən azad edildi

Nizaminin icra başçısı vəzifədən azad edildi

Prezidenti İlham Əliyev Tahir Yaqub oğlu Budaqovun Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:

Tahir Yaqub oğlu Budaqov Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri təyin edilsin”.

T.Budaqov 1965-ci il yanvarın 1-də Naxçıvan şəhərində anadan olub. 1981-ci ildə Naxçıvan şəhər 3 saylı orta məktəbi qızıl medalla, 1987-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

1987-1989-cu illərdə kliniki ordinaturada, 1989-1992-ci illərdə aspiranturada təhsilini davam etdirib. Tibb elmləri namizədidir (1992). 1997-1999-cu illərdə Əlillərin Bərpa Mərkəzinin baş həkimi işləyib.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, 2006-2009-cu illərdə isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

3-cü dərəcə dövlət müşaviridir. 1993-cü ildən YAP-ın, 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür. “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyasının idarə heyətinin sədridir.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın