Ana səhifə / Cəmiyyət / “Nizami” kinoteatırının direktoru Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni  rəhbəri təyin edildi ( ÖZƏL) 

“Nizami” kinoteatırının direktoru Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni  rəhbəri təyin edildi ( ÖZƏL) 

Əlikram Əliyev vəzifəsi ilə vidalaşdı

Bu gün Mədəniyyət və Turizm Nazirliyində ilin yekunları ilə bağlı kollegiya iclası keçirilib.  Azinforum.az xəbər verir ki, iclasda bir çox mühüm qərarlar qəbul edilib. Bir müddət öncə şiddətli töhmət verilən Azərbaycan Xalça və Xalq Tətbiqi Muzeyinin direktoru Röya Tağıyevanın vəzifəsinə xitam verilib.

Bundan başqa, nazir Əbülfəs Qarayev kollegiya iclasında korrupsiya faktlarına rast gəlindiyini və bu səbəbdən də bir neçə şöbə müdirinin də işdən çıxarıldığını qeyd edib. Onun sözlərinə görə, nazirlik daxilində kadr islahatları gələn il də davam edəcək.

Azinforum.az bildirir ki, kollegiya iclası ilə bağlı maraqlı məqamlardan biri Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəhbəri Əlikram Əliyevlə bağlı hər hansı bir qərarın ictimaiyyətə açıqlanmamsıdır. Qeyd edək ki, yol verdiyi nöqsanlar və etdiyi korrupsiya əməllərinə görə adı  daima mətbuatın gündəmini zəbt edən Əlikram Əliyevin  hələ bir müddət  əvvəl tutduğu vəzifədən azad edildiyi bildirilir.

Məlumatı dəqiqləşdirmək üçün Əlikram Əliyevin özü ilə əlaqə saxladıq. O, Azinforum.az-a acıqlamasında vəzifədən azad olunduğunu təsdiqlədi :

“Kollegiya bu dəqiqələrdə yekunlaşıb. Ancaq orada mənimlə bağlı hansısa məsələ müzakirə olunmayıb. Mən, bir neçə gün əvvəl yazdığım ərizəm əsasında vəzifədən azad edilmişəm. Hesab edirəm ki, 8 il dövlətimə bacardığım qədər xidmət edə bilmişəm.  Dekabrın 28-dən mənim vəzifəmi “Nizami” kinoteatırının direktoru  Vüqar Zeynalov icra edəcək.  Yəni Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yeni rəhbəri həmin adam olacaq. Fürsətdən istifadə edib Vüqar müəllimi yeni təyinat münasibəti ilə ürəkdən təbrik edirəm”.

Əlikram Əliyev həmçinin bildirdi ki,  hələlik bir müddət istirahət etmək planı var:

“Sonra hansı vəzifəni lazım bilərlərsə, orda da işləməyə hazıram”.

M.MİRZƏ

Azinforum.az

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın