Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / “Niyə Operativ Qərargah “küçədə də maska” kimi ağıla sığmaz tələblər qoyur?”

“Niyə Operativ Qərargah “küçədə də maska” kimi ağıla sığmaz tələblər qoyur?”

“Yüz minlərlə avro məbləğində rüşvət aldıqları iddia olunduğuna görə “koronavirusa qarşı maska” satınalmalarında iştirak etmiş Almaniyanın 2 deputatı istefa verdi. Onlar – Nicholas Loebel və Georg Nuesslein – Angela Merkelin partiyadaşı idilər. İndi təsəvvür edin, rüşvəti ilə tanınan Azərbaycanda nələr baş verir”.

Bunu REAL Partiyanın sədri İlqar Məmmədov deyib.

“Gəlin fikirləşək görək, niyə Operativ Qərargah “küçədə də maska” kimi ağıla sığmaz tələblər qoyur?.. Yoluxma rəqəmləri ilə bağlı onun hoqqaları haqqında isə il ərzində çox statistik sübutlar göstərmişəm. Koronavirusla əlaqədar tibbi-siyasi korrupsiya zəncirinin formalaşması ehtimalı olduqca yüksəkdir. Əgər Almaniyada varsa, gör Azərbaycanda nələr mümkündür.

Yarı ictimai, yarı dövlət komissiyası yaradılmalı və koronovirusa aid bütün tibbi, ticari və satınalma məsələlərində bu komissiyanın yoxlamaları əsasında qısa zamanda süşə kimi şəffaflıq təmin edilməlidir” – İ.Məmmədov qeyd edib.

Həmçinin oxuyun

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və …