Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Niyə dağlar.info ? – Baş redaktor yazır

Niyə dağlar.info ? – Baş redaktor yazır

Tanınmış jurnalist Nüsrət İsaoğlunun Dağlar.info adlı yeni sayt açdığı haqda məlumat vermişdik. Saytın təqdimatından sonra, baş redaktora saytın niyə məhz belə unikal ad altında fəaliyyət göstərməsi ilə bağlı çoxlu sayda  suallar ünvanlanıb. Nüsrət İsaoğlu bu suala “Niyə dağlar.info?” yazızında aydınlıq gətirib. Azinforum.az həmin müəllif yazısını təqdim edir:

“Hörmətli oxucular!

Heç kəsə sirr deyil ki, istənilən arzu və niyyətin reallaşmasının arxasında maliyyə məsləsi dayanır. Bu səbəbdən də “Dağlar.info” saytının oxucularla görüşə gəlməsi illərlə yubanırdı. Saytın açılmasına xeyirxah insanların təmənnasız maddi və mənəvi dəstəyi mühüm rol oynadı.

Artıq problemlər həll olunub. Məhz xeyirxah insanların sayəsində “Dağlar.info” indi oxucuların görüşünə gəlir.

Hörmətli oxucular!

Bildiyiniz kimi leksikonumuzda kifayət qədər doğma və alınma sözlərdən götürülmüş adlarla çoxsaylı qəzet və saytlar fəaliyyətdədir.

Bəs nəyə görə “Dağlar.info” adını seçdim?

Öncə qeyd edim ki, mən dağlar qoynunda dünyaya göz açmışam. Ata-babalarımızdan dağların ucalığı, əyilməzliyi, qüdrət simvolu olması barədə çoxsaylı əfsanə, nağıl və dastanlar eşitmişəm.Koroğlu da əlçatmaz Çənlibelə sığınıb.”Kitabi-Dədə Qorqud”da və klassiklərimizin əsrələrində belə dağlar müqəddəslik, basılmazlıq, yenilməzlik rəmzi kimi tərənnüm edilir.

Müasir ədəbiyyatımızda da dağlar simvol kimi dai tərənnüm obyekti kimi qalmaqda davam edir.

Mənim tərəddüd etmədən seçdiyim bu yeni ad bütün Türk dünyasında olan müqəddəs simvolların rəmzidir, desəm yəqin ki mənimlə razılaşarsınız. İnternet medianın da ən yaxşı cəhəti də odur ki, ruhunda, varlığında yaşatdıqlarını klaviaturanı döyəcləməklə cəmiyyətə çatdırmaqdır.

Bu gün saytın yaradıcı kollektivi peşə normaları çərçivəsində, düzə-düz, əyriyə əyri deyərək yola çıxmağı qarşısına məqsəd qoyub. İnşallah, atalar demişkən, niyyətin hara, mənzilin də ora. Bizim mənzilə gedən yolumuzun hara qədər uzanacağını zaman və möhtərəm oxucu müəyyənləşdirəcəkdir.

İnanırıq ki, cənab Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasət dağlara gedən yolumuzu işıqlandıracaq və tezliklə üçrəngli bayrağımız həsrətini çəkdiyimiz dağlar qoynunda yerləşən Şuşa və xankəndində dalğalanacaqdır.

Nüsrət İsaoğlu,

Dağlar.info saytının baş redaktoru”

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın