Ana səhifə / Cəmiyyət / NİDA-da seksual qalmaqal ŞOK

NİDA-da seksual qalmaqal ŞOK

NİDA Vətəndaş Hərəkatı daxilində qarşıdurma yaranıb. Buna səbəb isə qurum üzvlərinin bir birinə qarşı əxlaqsız hərəkətlərinin təşkilat daxilində müzakirəyə çıxarılması səbəb olub.

NİDA üzvlərindən birinin SİA-ya verdiyi məlumata görə, hərəkatın Mərkəzi Təftiş Komissiyasının üzvü Anar Abdulla içkili vəziyyətdə digər hərəkat üzvü – Alı Çoydarın ciddi şəxsi münasibətdə olduğu Tünzalə Zöhrabzadəyə intim münasibət təklif edib. Məsələ barədə xəbər tutan A.Çoydar A.Abdullanın nalayiq davranışını hərəkat daxilində ictimailəşdirib və onun cəzalandırılmasını tələb edib.

A.Abdulla səhvini etiraf edib və T.Zöhrabovadan üzr istəsə də, bu hərəkat üzvlərinin hiddətini soyutmayıb. NİDA üzvləri Ülvi Həsənli və Məsud Əsgərin təklifi ilə məsələ təşkilatın İdarə Heyətinin müzakirəsinə çıxarılıb və A.Abdullaya təzyiq göstərilərək könüllü ərizə yazması və hərəkatdan uzaqlaşması tələb olunub. A.Abdulla isə məsələnin şişirdilərək İdarə Heyəti səviyyəsinə çıxarılmasına və verilən qərara etirazını bildirib. Nəticədə mövzu ilə əlaqəsi olan Anar Abdulla özü, Tünzalə Zöhrabova, Alı Çoydar, Rəsul Rəsulov, Pərvanə Qurbanlı, Məhəmməd Bağırov, İlqar Vəliyev və əsas aktiv üzvlərdən olan Ülviyyə Əli hərəkatdan istefa veriblər.

Qarşıdurma nə qədər gizli saxlanılsa da, müzakirələrin yalnız hərəkat üzvlərinin daxil olduğu qruplarda aparılması və məsələnin ictimailəşməməsi ciddi tapşırılsa da, bu biabırçılığı heç cür bağlı qapı arxasında saxlamaq mümkün olmayıb. Mövzunun iyunun 26-da saat 13:30-da Müsavat partiyasının qərargahında NİDA Vətəndaş Hərəkatının qapalı toplantısında yenidən müzakirəyə çıxarılması planlaşdırılıb.

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …

Bir cavab yazın