Şənbə , Dekabr 5 2020
Ana səhifə / Cəmiyyət / Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər

Nic qəsəbəsində yaşayan udinlər “Pasxa” bayramını qeyd ediblər

Bütün xristian aləmində olduğu kimi, Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər də Pasxa bayramını qeyd ediblər. “Cotari” alban kilsəsində təşkil olunan mərasimdə bayramın mahiyyətindən danışılıb, dini ayinlərin icrası üçün hər bir şəraitin yaradıldığı qeyd olunub. Həmçinin, bayram münasibətilə təbriklər səsləndirilib. 

Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd edirlər

© SPUTNİK / ILHAM AHMADOVQəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd edirlər

Sputnik Azərbaycan-ın bölgə muxbiri xəbər verir ki, Qəbələnin Nic qəsəbəsində təşkil olunan Pasxa bayramında Alban-udin icmasının rəhbəri, kilsənin keşişi və icma üzvləri çıxış edib, bu münasibətlə bütün xristianları təbrik ediblər. Udinlər Azərbaycanda mehriban dostluq şəraitində yaşadıqlarını, onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını bildiriblər. Çıxışlardan sonra kilsədə şamlar yandırılıb, dualar oxunub. 

Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd edirlər

© SPUTNİK / ILHAM AHMADOVQəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd edirlər

Qəsəbədə 3 kilsə, iki məscid var. Hər məhəllədə müsəlman və xiristianların ziyarət etdiyi 5-6 pir var. Altı min əhalisi olan qəsəbədə 3700 udin yaşayır. Qəsəbədə udinlər öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar. Nicdəki məktəblərin ibtidai siniflərində udin dili tədris olunur, kilsədə dini ayinlər onların ana dilində icra edilir.

Qəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd edirlər

© SPUTNİK / ILHAM AHMADOVQəbələnin Nic qəsəbəsində yaşayan udinlər Pasxa bayramını qeyd edirlər

Xatırladaq ki, sovet dönəmində udinlərə öz bayramlarını qeyd etmək qadağan olunmuşdu. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra onlar etnik xalq olaraq bayramlarını hər il qeyd edirlər. Onlara yaradılan imkanların bariz nümunəsi kimi 2002-ci ildə “Cotari” məbədinin əsaslı təmir və bərpasını qeyd etmək olar. Bir sözlə, Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …