Ana səhifə / Cəmiyyət / Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub

Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub

Mərkəzi Neftçilər Xəstəxanasına yeni direktor təyin olunub.

“Report” xəbər verir ki, bu vəzifəyə Musa Abbasov gətirilib.

Bununla bağlı müvafiq əmri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı imzalayıb.

TƏBİB-dən “Report”a bildirilib ki, M.Abbasov bu vəzifəyə aprel ayında təyinat alıb.

Qeyd edək ki, Mərkəzi Neftçilər Xəstəxanası bu gün üçün koronavirus pandemiyasına görə ayrılan xüsusi rejimli tibb müəssisələri siyahısındadır və orada əsasən ağır xəstələr müalicə alır.

Təyinat xəbərini ilk olaraq unikal.org saytı yayıb.

Həmçinin oxuyun

Dövlət qurumunun binasında barama yetişdirilir (FOTOLAR)

Göyçayda dövlət qurumlarının binalarında barama qurdu yetişdirilir.  Bununla bağlı rayon sakinlərindən məlumat daxil olub.  Təqdim olunan …