Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / “Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?” – Əflatun Amaşov

“Necə edək ki, bu məsuliyyətsizlik aradan qaldırılsın?” – Əflatun Amaşov

“Artıq neçə ildir ki, Palatanın hesabatlarını diqqətlə izləyirəm. Qurum hər dəfə öz hesabatında çoxsaylı nöqsanlar aşkarlayır, çox vacib təkliflər irəli sürür. Təəssüf ki, həmin dəyərli təkliflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır”.
Mia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabat müzakirəsi zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci ildəki fəaliyyəti haqqında hesabatı ilə tanış olub və hesabat əvvəlkilərdən fərqlidir, kifayət qədər genişdir, əhatəlidir:
“Əhatəliliyi iki aspektdən qiymətləndirirəm.
Birincisi, qurumun bilavasitə maliyyə nəzarəti funskiyasını vurğulamaq istərdim. Başqa bir cəhət palatanın dövlət qurumu kimi gördüyü digər işlərdir. Əlbəttə, bizim üçün daha vacib olan maliyyə nəzarətidir. Mən əvvəlki çıxışlarımın birində bildirmişdim ki, ölkəmizdə belə demək mümkünsə, maliyyə şokları yaşanmamalıdır. Necə ki, vaxtilə Beynəlxalq Bankla bağlı yaşanmışdı. Bu gün bu hesabatla tanış olanda bir daha əmin oluram ki, acı yaxın keçmiş təkrarlanmayacaq. Çünki Hesablama Palatası işinə məsuliyyətlə yanaşır. Qurum dövlət vəsaitlərinin qanunauyğun, səmərəli istifadəsini təmin edir, şəffaflığın yüksəldilməsinə, hesabatlılığın artırılmasına dəstək olur. Mən sadalamaq istəmirəm, düşünürəm ki, Palata ümumilikdə nöqsanları və çatışmazlıqları da yetərincə ortaya qoya bilir.
Daha bir müsbət məqam ondan ibərətdir ki, Hesablama Palatası öz fəaliyyətində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə və tətbiqinə xüsusi önəm verir. Bu o deməkdir ki, qurum fəaliyyətini təkmilləşdirir, əldə olunan nəticələrlə kifayətlənmir. Onun beynəlxalq əməkdaşlıq diapazonu genişliyi ilə diqqət çəkir.
Sonda məni narahat edən bir məqama da toxunmaq istərdim. Artıq neçə ildir ki, Palatanın hesabatlarını diqqətlə izləyirəm. Qurum hər dəfə öz hesabatında çoxsaylı nöqsanlar aşkarlayır, çox vacib təkliflər irəli sürür. Təəssüf ki, həmin dəyərli təkliflər aidiyyəti qurumlar tərəfindən nəzərə alınmır. Belə olsaydı, Palata növbəti hesabatında bir daha həmin nöqsanları yenidən qeydə almaz, məlum təklifləri təkrarən hesabata daxil etməzdi. Bu da məsuliyyət hissi ilə bağlıdır. Düşünməliyik, necə edək ki, bu məsuliyyətsizlik aradan qalxsın, qurumlar hesabatda göstərilən səhvlərini aradan qaldırsınlar. Bunu edə bilməsək, inanmıram ki, Palatanın dərin araşdırmaları, təhlilləri, təklifləri öz faydasını tam şəkildə verə biləcək.
Hesab edirəm ki, çıxışımın əvvəlində söylədiklərim Palatanın fəaliyyətinə dair hesabatı müsbət qiymətləndirmək üçün əsas verir. Arzu edirəm ki, biz qarşıdakı illərdə də qurumun gördüyü işləri müsbət qiymətlindirmək üçün əsaslar tapa bilək”.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …