Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Nazirliklə məşhur şadlıq sarayı arasındakı məhkəmə çəkişməsi davam edir

Nazirliklə məşhur şadlıq sarayı arasındakı məhkəmə çəkişməsi davam edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin “Yegane Palace” MMC-yə (VÖEN – 1404872921) qarşı qaldırdığı məhkəmə iddiası üzrə növbəti iclas mart ayının 7-nə təyin edilib.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iclası Bakı İnzibati Məhkəməsində hakim Tural Məlikovun sədrliyi ilə keçiriləcək.
Məlumat üçün bildirək ki, iddia vergi məsələləriylə bağlıdır. Bu günə kimi 3 dəfə iclas təyin olunsa da, təxirə salınıb. İlk dəfə məhkəmə iclası ötən ilin avqust ayına təyin edilib. Dövlət Vergi Xidməti “Yegane Palace” MMC-nin dövlət büdcəsinə 90 min 959 manat 28 qəpik vergi borcunun olduğunu bildirir.
Qeyd edək ki, “Yegane Palace” MMC 08 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Səfərov Şahin Ziyadxan oğludur. MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi ev 15, m. 109-da yerləşir.
Onu da bildirək ki, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsində fəaliyyət göstərən məşhur “Yeganə” şadlıq sarayı da “Yegane Palace” MMC-yə məxsusdur.

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …