Şənbə , Mart 2 2024
Ana səhifə / Cəmiyyət / Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir

Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir

Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.

Qaynarinfo xəbər verir ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib. 

Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib. 

Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə bağlıdır.

ƏƏSMN-nin keçmiş işçisi ikinci qrup əlil olub. Lakin nazirlik onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib. 

Afət Şeyx-Zadə bu məsələni də məhkəmədə mübahisələndirib və qalib gəlib.

Həmçinin oxuyun

“Bakı Metropoliteni” konsert üçün müğənniyə 8 min manat verəcək – Müqavilə

“Bakı Metropoliteni” QSC müğənni Cəlal Abbasov ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, “Bakı …