Cümə , Noyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Nazirlik: “Koronavirusa daxili yoluxmanın qarşısını almaqda çətinlik çəkirik”

Nazirlik: “Koronavirusa daxili yoluxmanın qarşısını almaqda çətinlik çəkirik”

“Təəssüf ki, hələ də insanlar koronavirus təhlükəsini dərk edə bilmir. Halbuki xəbərimiz olmadan bu virusun daşıyıcısı ola bilərik”.

Bunu Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.

“Əfsuslar olsun ki, daxili yoluxma hallarının qarşısını almaqda çətinlik çəkirik. Ona görə də məcburi şəkildə xüsusi karantin rejimi tətbiq olundu. Çünki insanlar əvvəl bu məsələyə ciddi yanaşmırdı. Məsələn, kimsə darıxıb evə qonaq çağırır. Halbuki insanlarla təmasda olmaq təhlükəlidir”, – o qeyd edib.  Report 

Həmçinin oxuyun

Bəli, Kəlbəcər dünya mədəniyyətinə çox nadir incilər bəxş etmiş bir diyardır !

Kəlbəcər rayonu dilbər guşələri oz qoynunda daşıyan Azərbaycanımızın ayrılmaz bir parçasıdır. Kəlbəcər də Azərbaycanda dünya …