Şənbə , Yanvar 23 2021
Ana səhifə / Cəmiyyət / Nazirlik direktoru 12500 manat cərimələdi

Nazirlik direktoru 12500 manat cərimələdi

Havaya atılan tullantıya görə müəssisə direktoru cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən “S.Steel” MMC metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı şikayət daxil olub.

Şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq aparılıb. Monitorinq zamanı havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı zavodun direktoru Yalçın Əsədov barəsində akt, protokol tərtib edilib. Hazırda direktorun hüquqi şəxs qismində 12500 manat məbləğində cərimə edilməsi üçün tədbirlər görülür.

Atmosferə atılan tullantıların qarşısının alınması, müasir təmizləyici qurğu və avandanlıqların quraşdırılması məqsədilə zavoda icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Həmçinin oxuyun

Polad Bülbüloğlu atasının Şuşadakı evində – FOTOLAR

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Şuşaya səfər edib. …