Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Cəmiyyət / Nazirin qalmaqallı paylaşımı – Anar Kərimova istehza edənlər haqlıdırmı?

Nazirin qalmaqallı paylaşımı – Anar Kərimova istehza edənlər haqlıdırmı?

Mədəniyyət naziri Anar Kərimovun görkəmli Azərbaycan bəstəkarı və dövlət xadimi, Azərbaycan SSR Mədəniyyət naziri (1965–1971), SSRİ xalq artisti (1978), Azərbaycan SSR xalq artisti (1964) Rauf Hacıyevlə bağlı paylaşımı sosial şəbəkələrdə tənqid atəşinə tutulub. Nazirin onu “caz sənətinin əfsanəsi” adlandırması bir çox sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılanıb.

Bakupost.az məsələ ilə bağlı araşdırma aparıb və məlum olub ki, nazir əbəs yerə görkəmli bəstəkarı caz sənətinin əfsanəsi olaraq təqdim etməyib.Belə ki, 1956-cı il mayın 15-də R.Hacıyev Azərbaycanda ilk dəfə caz orkestrini yaradıb. Solistləri Mirzə Babayev, Lütfiyar İmanov, Elmira Rəhimova və Yevgeni Devis olan bu orkestr keçmiş SSRİ məkanının hər yerində qastrol səfərlərində olub.

Bundan başqa bəstəkar öz yaradıcılığında operetta və musiqili komediya janrına müraciət edib. Onun bu janrda yaratdığı əsərlər nəinki Azərbaycan, bütün keçmiş sovet məkanında tamaşaçı rəğbəti qazanıb. R.Hacıyev estrada və caz musiqisinin imkanlarından geniş istifadə edərək parlaq musiqilər yazan əfsanəvi bəstəkardır.

Həmçinin oxuyun

Qalmaqallı iş adamına məxsus məşhur supermarketlər bağlanır – Təfərrüat

Ölkənin aparıcı supermarketlər şəbəkəsindən birinə sahib olan “Bizim Market” MMC (VÖEN -1501069851) ləğv olunduğunu elan …