Cümə , Oktyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Nazirin göstərişi ilə DYP-nin iki şöbə rəisi Lənkərana getdi – SƏBƏB

Nazirin göstərişi ilə DYP-nin iki şöbə rəisi Lənkərana getdi – SƏBƏB

Daxili işlər naziri general-polkovnik Ramil Usubovun göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev, ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev və Lənkəran rayon polis şöbəsinin rəisi polis polkovniki İslam Hümbətovun iştirakı ilə ictimaiyyət nümayəndələri ilə görüş keçirilib. 

Görüşün keçirilməsində əsas məqsəd Lənkəran sakinləri tərəfindən yol hərəkətinin təhlükəsizliyi ilə bağlı DİN-ə ünvanlanan təklif və müraciətlərin yerində araşdırılması, habelə vətəndaş məmnunluğunun təmin edilməsi ilə əlaqədar qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi olub.
Görüşdə vətəndaşlara yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin effektivliyi, Lənkəran rayonu ərazisində yol nəqliyyat hadisələrinin, eləcə də ölən və yaralananların sayının kəskin azalmasının bunun bariz nümunəsi olması izah edilib. Vətəndaşlar da verilən izahatlardan razı qalıblar.
Eyni zamanda əsaslı və əsassız müraciətlər barədə polis tərəfindən verilən izahatlardan razılıq edən vətəndaşlar DİN rəhbərliyinə öz təşəkkürlərinin çatdırılmasını xahiş ediblər.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …