Ana səhifə / Cəmiyyət / Nazir vəzifəsini icra edəcək Azər Cəfərovun – Dosyesi

Nazir vəzifəsini icra edəcək Azər Cəfərovun – Dosyesi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə ədliyyə nazirinin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Azər Cəfərov haqqında məlumatları təqdim edirik:
Azər Məmməd oğlu Cəfərov 1954-cü ildə Zərdab şəhərində anadan olub.
O, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib, Rusiya Elmlər Akademiyasının Dövlət və hüquq institutunun doktorantı olub.
Hüquqşunas kimi əmək fəaliyyətinə Vəkillər Kollegiyasının üzvü (vəkil) kimi başlayıb, 1982–1986-cı illərdə Ədliyyə Nazirliyinin aparatında böyük məsləhətçi, Məhkəmə orqanları idarəsində şöbə rəisi vəzifələrində işləyib.
1986-cı ildə prokurorluq orqanlarına keçirilib, Bakı şəhər və respublika prokurorluqlarının cinayət işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbələrinin prokuroru, Bakı şəhər prokurorluğunda həmin şöbənin rəisi, 1992–2000-ci illərdə isə Bakı şəhəri Binəqədi və Nərimanov rayonlarının prokuroru, sonra Baş Prokurorluğun hüquqi təminat şöbəsinin rəisi vəzifələrində çalışıb.
2004-cü ildə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi və nazirliyin Kollegiyasının üzvü, 2012-ci ilin iyul ayında ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviridir.
2005-ci ilin fevralından, həmçinin, Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Evlidir, iki övladı var.

Həmçinin oxuyun

Oqtay Əsədovun həyat yoldaşı son bir ildə Moskvada 14 milyon qazanıb

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya …