Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Nazir Səlim Müslümov işdən çıxarıldı

Nazir Səlim Müslümov işdən çıxarıldı

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxıb.

Bu barədə AzVision.az-a universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb.

Məlumatı dəqiqləşdirmək məqsədi ilə Bakı Biznes Universiteti ilə əlaqə saxladıq. Oradan da faktı təsdiqlədilər.

Bildirildi ki, hazırda Maliyyə kafedrasının yeni müdiri Vəfa Nəcəfovadır. O, yeni tədris ilindən vəzifəsinin icrasına başlayıb..

Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın