Ana səhifə / Cəmiyyət / NAZİR QARDAŞI MÜHARİBƏ VETERANINDAN 21.500 MANAT İSTƏYİR – Məhkəmə

NAZİR QARDAŞI MÜHARİBƏ VETERANINDAN 21.500 MANAT İSTƏYİR – Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovun iddiası əsasında növbəti məhkəmə prosesi keçirilib.

Proses barədə mıəlumat verməzdən öncə xatırladaq ki, “Hacı Camalxan” kəndli fermer təsərrüfatının təsisçisi və sahibi Ə. Camalov Qarabağ müharibəsi veteranı Samir Nəbiyevi ona qarşı dələduzluq etməkdə ittiham edib. bu iddia əsasnda da S. Nıəbiyev barəsində cinayət işi açılıb. Belə ki, Əlikram Camalov S.Nəbiyevin ona birgə biznes qurmaq təklifi etdiyini iddia edib. Bildirib ki, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına (əslində piştaxta olub- red.) yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.
Ə.Camalov onunla razılaşdığını və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verdiyini bildirib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib. Əvəzində bütün mallarını təklif etsə də qarşı tərəf razılaşmayıb. Və S.Nəbiyevdən şikayət edib. Onun şikayəti əsasında S.Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
İş bir müddət idi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə araşdırılırdı. Hətta prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ancaq ittihamın əsassız olduğunu bildirən S.Nəbiyevin vəkili Ceyhun Yusifov ötən iclasdakı çıxışında məhkəmə istintaqının təzələnməsini xahiş etmişdi. Məhkəmə də gözlənilmədən vəsatəti təmin edib, işə məhkəmə istintaqı təzələnməklə yenidən baxılacağını bəyan etmişdi.
Odur ki, iş üzrə məhkəmənin bugünkü prosesi maraqla gözlənilirdi. Prosesdə nələrin baş verdiyini S.Nəbiyevin vəkili Ceyhun Yusifovdan öyrəndik.
CEYHUNO, bildirdi ki, bugünkü prosesində məhkəmə istintaqı təzələndi: “Bundan sonra qarşı tərəf mülki iddia ilə çıxış etdi. Mülki iddiada müvəkkilimdən 21.500 manat tələb edildi. Biz isə məhkəmədən mülki iddianın qəbul edilməsinə etiraz etdik. Əsas da qoyduq ki, birincisi “Dövlət Rüsumu haqında” Qanun tələbinə uyğun olaraq dövlət rüsumu ödənilməyib. İkincisi də bu iddia məhkəmə baxışına qədər irəli sürülməliydi. Hər ikisi qaçırıldığına görə, məhkəmənin mülki iddianı icraata qəbul edə bilməyəcəyini göstərdik. Ancaq buna baxmayaraq, məhkəmə mülki iddianı əsasız olaraq icraata qəbul etdi. Biz də buna ö etirazımız bildirdik”.
Ceyhun Yusifov daha sonra məhkəmənın gedişatı barədə məlumat verərək bildirdi ki, prosesdə nazir qardaşı Əlikram Camalov əvvəliki ifadəsindən fərqli mövqe ortaya qoydu: “Məhkəmədə Əlikram Camalov sərbəst ifadə verdi. Bu dəfə dedi ki, mən həmin şəxsə borc verməmişəm, yardım etmişəm. Həmin yardımın müqabilində də 20 gün sonra müvəkkilimlə müqavilə bağladığını söylədi.Bildirdi ki, həmin müqavilədə də müvəkkilim hər 12 min dollara qarşı ona 6 ay müddətində hər ay 1250 dollar, yəni 2000 manat gəlir verməyi öz üzərinə götürüb. Əsas məbləğdən əlavə olaraq…”

Ceyhun Yusifov bildirdi ki, Əlikram Camalova ötən dəfə borc verdiyini, bu dəfə isə yardım etdiyini söylədiyini xatıırlatdıqda, o, bunların hər ikisinin eyni şey olduğunu bildirdi: “ Dedi ki, bunların arasında heç bir ciddi fərq yoxdur. Bundan sonra hakimlər ayda 1250 dollar alınmasının səbəbini soruşdu. Dedi ki, ayda 1250 dollardan alındıqda, 6 aya vurduqda bu 12 min etmir. Bəs bu 1250 dollar nə adla alınıb? Konkret bir cavab vermədi.

Sonra soruşduqda ki, aylıq verilən 1250 dollar 12 minin neçə faizidi? Dedi təxminən 10 faiz edir. Bu zaman mən soruşdum ki, bəs onda bu sələmçilik deyil, faiz deyil, nədir? Bu suala da əsaslı bir cavab verə bilmədi”.

Ceyhun Yusifov bildirdi ki, qarşı tərəf məhhkəmə prosesi zamanı mətbuatı da obyektiv olmamaqda ittiham edib: “Əlikram Camalovun vəkili İmaməli Əsgərov məhkəmədən tələb etdi ki, mətbuata xəbərdarlıq edilsin. Bu da mənim kəskin etirazıma səbəb oldu. Bildirdim ki, məhkəmənin heç bir fakt, səbəb olmadan mətbuata xəbərdarlıq etmək səlahiyyəti yoxdur. Əgər mətbuatda gedən hər hansı bir faktla razılamlırsansa, Mətbuat Şurasına, məhkəməyə müraciət edə bilərsən”.

Ceyhun Yusifov bildirdi ki, qarşı tərəf məhkəmə prosesi zamanı onun özü ilə bağlı da ittihamlar səsləndirib: “Mənimlə bağlı Vəkillər Kollegiyasına şikayət edəcəklərini, haqqımda tədbir gördürəcəklərini bəyan etdilər. Mən də belə hədələrin məni bir Qarabağ müharibəsi veteranını müdafiə etməkdən çəkindirə bilməyəcəyini söylədim. Onlara sözlərinə diqqət etməyi tövsiyyə etdim.

Ceyhun Yusifovun sözlərinə görə, Əlikram Camalov sərbəst ifadəsində verdiyi pulların nüqabilində 4000 manat və 1500 dollar aldığını söylədi: “Samir Nəbiyev də bunun aylıq faiz olduğunu söylədi. Əlikram Camalov da bu zaman bildirdi ki, vətəndaş bankdan da pulu faizlə götürür. İndi onu qaytarmamalıdır? Yəni, özünü bankla müqayisə etdi. Halbuki bankdan fərqli olaraq Əlikram Camalovun pul alqı-satqısı ilə məşğul olmaq hüququ yoxdur. Buna baxmayaraq, o, bu işin sonuna çıxacağını, heç bir halda geri çəkilməyəcəyini söylədi.”

20170809_201301Ceyhun Yusifov bildirdi ki, prosesdə müvəkkili də çıxış edib: “Samir Nəbiyev də çıxış edərək bildirdi ki, Əlikram Camalovla heç bir şərikliyim olmayıb. Ondan pulu faizə götürdüyünü söylədi. Hər ay verilən məbləğin 10 faizinin tələb edilməsi də bunu göstərir”.

Vəkilin sözlərinə görə, prosesdə təkrarən onunla qarşı tərəf arasında mübahisə yaranıb: “Əlikram Camalov səsini ucaldaraq, mənə  düzgün vəkillik etmədiyimə dair irad bildirdi. Məhkəmə isə bu zaman ona vəkilə irad bildirmək hüququnun olmadığını xatırlatdlı”.

Vəkil Ceyhun Yusifov sonda məhkəmənin gedişatı barədə açıqlama verərək bildirdi ki, prosesdə Əlikram Camalovun pulu sələmə, faizə verdiyi tam şəkildə təsdiqini tapdı: “Buna baxmayaraq məhkəmə qarşı tərəfin iddiasını icraata qəbul etdi. Prosesinin gedişi məhkəmə heyətinin Əlikram Camalova üstünlük tanıdığını düşünməyə əsas verir. Ona görə də məhkəmənin ədalətli qərar verəcəyinə inamım azdır”.

Xatırladaq ki, Qarabağ müharibəsi veteranı, 1992-97-ci illərdə cəbhəyə könüllü şəkildə gedərək düşmənlə vuruşmuş, Ümummilli lider Heydər Əliyev tərəfindən “Şah İsmail Xətai” adına Fəxri Fərmanla təltif edilmiş Samir Nəbiyev də Ə. Camalovun şikayəti əsasında irəli sürülən ittihamların doğru olmadığını söyləyir. O “AzPoltika.imfo” saytı vasitəsilə prezident İlham Əliyevə, I Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciətedərək, kömək istəyib.  (AzPolitika.info)

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın