Bazar ertəsi , May 10 2021
Ana səhifə / Cəmiyyət / Nazir polkovnik-leytenantı xidmətdən qovdu

Nazir polkovnik-leytenantı xidmətdən qovdu

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovnik-leytenantını xidmətdən qovub.

Qafqazinfo xəbər verir ki, nazirin əmri ilə Gəncə şəhər Nizami Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Şükürov Siyavuş Bəylər oğlu orqandan xaric edilib.

S.Şükürovun xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edildiyi bildirilir.

Hüquq-mühafizə orqanlarından məlumatı təsdiqləyiblər.

Həmçinin oxuyun

Deputat koronavirusun “çarə“sini tapdı: “Acqarnına inək sidiyi için“

Hindistanda COVID-ə qarşı “çarə” tapılıb. Yenisabah.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, millət vəkili Surendra …