Cümə , Dekabr 4 2020
Ana səhifə / Cəmiyyət / Nazir müavini yanğınla bağlı dediklərinə aydınlıq gətirdi

Nazir müavini yanğınla bağlı dediklərinə aydınlıq gətirdi

“Mən dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğının uzun müddət davam etməsinin su çatışmazlığı ilə əlaqədar olduğunu dedikdə binadakı daxili su nasoslarının suyu yuxarı mərtəbələrə lazımi vurma gücünün olmamasını nəzərdə tutmuşam”

Bunu APA-ya açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev bildirib.

E. Mirzəyev deyib ki, söhbət xaricdən binaya su verilməsindən deyil, nasosların gücünün zəif olmasından gedir.

Qeyd edək ki, Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ötən gün jurnalistlərə açıqlamasında binada yanğının uzun müddət davam etməsinin su qıtlığı ilə əlaqədar olduğunu deyib. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı dərhal məsələyə münasibət bildirərək yanğın olan ərazinin su ilə təmin edildiyini bildirib.

Xatırladaq ki, dünən Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada iki dəfə yanğın baş verib. Yanğınlar FHN- Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb.

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …