Çərşənbə , İyul 15 2020
Ana səhifə / Cəmiyyət / Nazir icra başçısının xalası oğlunu da vəzifədən çıxardı

Nazir icra başçısının xalası oğlunu da vəzifədən çıxardı

Kənd təsərrüfatı naziri İnam Kərimov rəhbərlik etdiyi nazirliyin tabeliyində olan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktorunu da vəzifədən azad edib.
Verilən məlumata görə, nazirin imzaladığı əmrlə adıçəkilən mərkəzin baş direktoru, professor Rəsul Balayev dünən vəzifəsindən çıxarılıb.
Fakt mərkəzdən verilən açıqlamada təsdiqlənib. Bildirilib ki, Rəsul Balayevin yerinə artıq təyinat da olub.
Belə ki, həmin mərkəzin Baş direktoru vəzifəsinə Azərbaycan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Ələddin Eyvazov təyin edilib.
Onu da qeyd edək ki, Rəsul Balayev İsmayıllı rayonunun icra başçısı Mirdamət Sadıqovun xalası oğludur. (mia.az)

Həmçinin oxuyun

Şəhid mayorun qızı ilə son “WhatsApp” yazışması (FOTO)

Xəbər verdiyimiz kimi, iyulun 13-dən 14-ə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz …