Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Cəmiyyət / Nazir general-mayoru təqaüdə göndərdi

Nazir general-mayoru təqaüdə göndərdi

İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu barədə əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Əlaslan Ağayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdəgöndərilib.

Ə.Ağayevi qəbul edən nazir daxili işlər orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə ona təşəkkürünü bildirib.

Həmçinin oxuyun

Azərbaycanda qadın ərini döyərək xəstəxanalıq etdi

İsmayıllı rayonunda qadın ərinə xəsarət yetirib. Azinforum.az-ın məlumatına görə, S.N. ilə həyat yoldaşı R.N. arasında …