Bazar , Sentyabr 20 2020
Ana səhifə / Cəmiyyət / Nazir DYP-nin rəisini işdən çıxardı

Nazir DYP-nin rəisini işdən çıxardı

Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi həyata keçirilib.


Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis mayoru Mərdan Əliyev tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə M. Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, bu vəzifəni Milli Məclisin deputatı Elman Məmmədovun oğlu Elşad Məmmədov tuturdu.

Həmçinin oxuyun

Qarabağ müharibəsi veteranı Mehriban Əliyevaya müraciət etdi: “Xahiş edirəm, kömək edin”

Qarabağ veteranı Cəlilov Məhərrəm Eyvaz oğlu ev problemi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti və …