Şənbə , Avqust 13 2022
Ana səhifə / Cəmiyyət / Nazir: “Belə hallar başqa ölkələrdə də baş verir”

Nazir: “Belə hallar başqa ölkələrdə də baş verir”

“Azərbaycanda liseylərə maraq artıb”.

Bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.

Nazir qeyd edib ki, bu il 18 600 şagird liseylərə qəbul üçün müraciət edib.

Emin Əmrullayev onu da əlavə edib ki, müəllimlərin işə qəbulu imtahanlarında riyaziyyat fənnindən sualların başqa tərəfə verilməsi yolverilməzdir.

Nazir bildirib ki, bu kimi hallar başqa ölkələrdə də baş verir: “Müəllimlə aramızda məxfilik müqaviləsi imzalanır. Müəllim də buna əməl etməlidir. Bununla bağlı lazımi addımların atılması üçün hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Həmçinin oxuyun

“Qızları xaricə göndərməyə ehtiyac yoxdur“

“İndiki dövrdə nəinki qız uşaqlarını, oğlan uşaqlarını da xarici ölkələrə tək buraxmaq risklidir”. BunuSağlam Cəmiyyət Hərəkatının …