Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Cəmiyyət / Nazir azad edilən ərazilərdəki hərbçilərlə bağlı tapşırıq verdi

Nazir azad edilən ərazilərdəki hərbçilərlə bağlı tapşırıq verdi

Müdafiə naziri şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, intensiv döyüş hazırlığı səviyyəsinin artırılması üçün hərbi hissələrdə, əsasən azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçiriləcək döyüş hazırlığı tədbirlərinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.

Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 29-da nazir müavinləri, qoşun növləri komandanları, Nazirliyin baş idarə, idarə, xidmət rəisləri və birlik komandirlərinin iştirakı ilə keçirilən xidməti müşavirədə bildirib.

Azad edilən ərazilərdə aparılan mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri ilə maraqlanan Müdafiə naziri döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı komandir-rəis heyətinə konkret göstərişlər verib.

Həmçinin oxuyun

Daşaltı: 29 ildən sonra baş tutan qisas — VİDEO

Baku TV-də yayımlanan “Qarabağ xronikası” verilişinin dördüncü buraxılışı efirə gedib. Verilişin aparıcısı, hərbi jurnalist Fərdin …