Ana səhifə / Cəmiyyət / NAZİM MƏMMƏDOVUN GƏDƏBƏYLİLƏRƏ SON  SEÇKİ MÜRACİƏTİ

NAZİM MƏMMƏDOVUN GƏDƏBƏYLİLƏRƏ SON  SEÇKİ MÜRACİƏTİ

Əziz  həmyerlilərim! Mən ilk dəfə 2005-ci ilin yayında namizəd kimi sizlərlə görüşə gələrkən, çıxışlarımdan sonra mənə yaxınlaşıb söhbət edən insanların gözündə gələcəyə bir ümid, deputata bir inam yeri kimi baxdığınızı gördüm. Həm də onu duydum ki, illər boyu həll olunmamış kommunal problemlər, icra hakimiyyəti orqanları ilə qanunla danışa biləcək, arxanızda dura biləcək  təmənnasız bir dosta-qardaşa ehtiyacınız var. Ancaq bu inamı söndürməyə cəhd  edənlərə qarşı mən sizinlə birgə mübarizə  apararaq qalib  gələ bildik. Bu qələbədən sonra üzərimə  düşən məsuliyyəti daha aydın  dərk  etdim, bir  tərəfdən yerli  icra hakimiyyəti orqanlarının, bəzi  məmurların vəkilliyini etmiş  keçmiş deputatların laqeydliyi üzündən  sizdə olan  inamı  bərpa  etmək  lazım  idi, digər  tərəfdən həmin  məmurların tabe  olduqları nazirlik  və  komitələrdən Gədəbəy, Tovuz  üçün maliyyə ayırmalarını  xahiş və  tələb  etməli  idim. Belə  demək  olsun  ki, odla  su  arasında  sizin  vəkilliyinizi  etməli  idim.
Bəxtimdən  sağ  olsun  ki, cənab  prezident  İlham  Əliyev  bölgəmizə  səfərləri  zamanı  onunla  iqtisadi  miqrasiyanın  səbəbləri, kommunal  xidmətlərin çox  aşağı olması, həmçinin  infrastruktur  layihələrinin  mənim  təmsil  olunduğum  bölgə  üçün  necə  vacib  olmağı  haqqında  çatdırdığım  məsələlərə  çox  diqqətlə  yanaşırdı  və  bəzən  yerindəcə  göstəriş verirdi.
2006-cı  ilin  noyabrın 1-də  Gədəbəydə  səfərdə  olarkən stadionda  45  dəqiqə  çəkən  söhbətimizdə  ölkə  başçısına Gədəbəyin  cəmi  8%-nin  təbii  qazla təmin  olunmasını  misal çəkdim, Ermənistanla  həmsərhəd  bölgələrdə  əhalinin  yolsuzluqdan, təbii  qazın  olmaması  ucbatından ən  azı  50%  Bakıya  köçməsindən  bəhs  etdim, Şınığa gedən magistral  yolun  bərbad olmasını, Qovlar-Qızıl Torpaq, Tovuz-Qaralar yollarının təmirinə  əvvəlki  illərdə  pul  ayrılmasına  baxmayaraq  hələ  də  təmir  olunmamasını  diqqətə  çatdırdım. Cənab  prezident  elə  həmin  dəqiqə  bütün  sərhəd  kəndlərinin  təbii  qazla  təmin  olunması  haqqında  tapşırıq  verdi. Təbii  ki, sizlərin  həyat  şəraitini  yaxşılaşdırmaq hökumətin borcudur, ancaq  bütün  bu  problemləri  sizin  təmsilçiniz  olaraq çatdırmaq  da  deputatın vəzifəsidir.
2005-10  cu  illərdə əksər  lahiyələrin  maliyyələşməsini İqtisadi Siyasət Komitəsinin  üzvü  olaraq  büdcə qəbul  olunan  zamanlar, 2009-13 cü  illər  Regionların  sosial-iqtisadi inkişafı  dövlət  proqramı işlənən  zaman  həyata  keçirməyə nail  oldum. Təssüflə  qeyd  etməliyəm  ki, 2010-cu  ildən  kəndlərimizin təbii  qazla təmin  edilməsi demək  olar  ki, dayandırıldı. Bizim  2009 -cu  ildə  adıçəkilən  proqrama  saldırdığımız  işlər  də  bir  neçə  il  yubadıldı, nəzarət  zəif  olduğundan  Gədəbəy-Qaravəllər  yolu  keyfiyyətsizlik  ucbatından ən  azı  30%  sıradan çıxdı. Yenə  də  keçən  il, bu  il  içtimai  nüfuzumdan  istifadə  edərək  içtimai nəzarət  nəticəsində  yenicə  istifadəyə verilmiş yolun bərpasına başlamağa nail  oldum.
Əziz  seçicilərim, siz 2005-10 -cu  illərdə  mənim  timsalımda vicdanla  çalışan, həmişə sizin  arxanızda  duran, yerli  icra  hakimiyyəti  orqanlarının  üzərinə  düşən  vəzifələri  iclaslarda, Milli  Məclisdə, tv-lərdə, KİV-də  xatırladan, tələb  edən  bir  millət  vəkili  gördünüz  və  inandınız  ki, sizin  də  sözünüzü  deyən  bir deputat  var. Lakin  belə  bir  deputatın  olması  bəzi  məmurlara sərf  etmirdi, ona  görə  onlar  haqqımda  sifarişli  yazılar  yazdıraraq, mənfi  rəy  yaratmağa  çalışdılar, 2010-cu  il  seçki  qabağı  rəy  sorğularında  saxtakarlıq  edərək  YAP-ı  inandıra  bildilər  ki, mənim  dairəmdən  başqa  namizəd  irəli  sürülsün. 2010-cu  ildə  “Şınıx”  təşəbbüs  qrupu  namizədliyimi  irəli  sürsə  də, seçkilərin  favoriti  olsam  da, mən  cənab  prezidentin  nüfuzuna hörmət əlaməti olaraq, YAP-nın  namizədinin  xeyrinə  geri  çəkildim. Bu  addımıma  görə  sizlər  indi  də  məni  qınayırsınız, görünür  ki, indiki  deputatınızın  fəaliyyətsizliyi  mənim  də nüfuzumun  daha  da  artmasına  gətirib  çıxarıb.
Bir  neçə  ildir  davamlı  olaraq  sizin arzunuzu, Bakıda  yaşayan  ziyalı  həmyerlilərimizin, ictimaiyyət  nümayəndələrinin  xahişlərini  nəzərə  alaraq  2015-ci il  seçkilərinə  qatılmağa  razılıq  vermişəm. Mənim  fəaliyyətimi  izləyənlər  bilirlər  ki, bu  addımı  ancaq  və  ancaq  dövlətimizin  inkişafına, qanunvericilik  bazasının  təkminləşdirilməsinə  bir iqtisadçı  kimi  töhvə  verəcəyimə inanaraq, ən  başlıcası  sizi  layiqincə  təmsil  etmək  üçün  atıram. Siz  isə  seçkilərə  gəlin, səsinizə  sahib  çıxın  ki, yenidən  2005-10 -cu  illərdə  olduğu  kimi  öz  təmsilçinizlə  fəxr  edəsiniz, fəxr edəsiniz  ki, sizin  seçdiyiniz  deputat  “lal  kar”  deputatlar  siyahısında  deyil, ən  fəal, ən  bacarıqlı  və  ən  təşəbbüskarlar  sırasındadır.
Nazim Məmmədov, iqtisadçı ekspert

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın