Çərşənbə axşamı , Avqust 16 2022
Ana səhifə / Cəmiyyət / Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən atmağa çalışdığı, polisin isə onu xilas etdiyi görüntülər sosial şəbəkədə yayılıb.

Bundan əlavə, məlum olub ki, bir qrup vətəndaş və intihar etmək istəyən xanım, Diasporla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun bir evi 2-3 şəxsə satmasına etiraz ediblər.

Bundan əvvəl Nazim İbrahimovun digər qardaşlarının – İbrahim Nehrəmlinin və Sahib İbrahimovun da adı fırıldaqçılıqda hallanıb. Sahib İbrahimov dələduzluğuna görə həbs edilib.O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

https://player.baku.tv/embed/56919

Həmçinin oxuyun

Biabırçı videosu yayılan FHN polkovniki ilə bağlı GENERALDAN AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxslərinin xidməti otaqlarında biabırçı görüntüləri yayılıb.Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar …