Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Nazim İbrahimov vəfat etdi

Nazim İbrahimov vəfat etdi

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, naşir Nazim İbrahimov vəfat edib.

Bu barədə APA-ya Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

Qeyd edək ki, İbrahimov Nazim Sadıq oğlu 1 fevral 1935-ci ildə Bakıda anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. İxtisasca geoloq-geofizikdir, elmlər namizədi olub. 1957-1970-ci illərdə mühəndis-geoloq, partiya rəhbəri, ekspedisiya başçısı, Bakı şəhərinin Yasamal (keçmiş Oktyabr) rayonu partiya komitəsinin I katibi (1971-1980), Poliqrafiya və Kitab Ticarəti Komitəsinin (Mətbuat və İnformasiya Nazirliyi) sədri (1980-1988), 1991-ci ildə Azərbaycan Elmlər Akademiyası prezidentinin müavini, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Ensiklopediyasının baş redaktoru, 1993-2005-ci illərdə “Azərbaycan” nəşriyyatının baş direktoru olub.

1975-ci və 1990-cı illərdə – Azərbaycan SSR Ali Sovetinin deputatı, Respublika Ali Sovetinin plan-büdcə komissiyasının sədri olub. Elmi tədqiqatla məşğul olub.

1995-2004-cü illərdə – Olimpiya Komitəsinin üzvü, Azərbaycan Tennis Federasiyasının prezidenti, həlledici səslə Beynəlxalq və Avropa Tennis Federasiyasının üzvü olub.

Nazim İbrahimov 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini olub.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …