Ana səhifə / Cəmiyyət / Nazim Bəydəmirlinin həbs müddəti yenə uzadıldı

Nazim Bəydəmirlinin həbs müddəti yenə uzadıldı

Sabiq deputat Nazim Bəydəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib və Nazim Bəydəmirli barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay uzadılıb.
Xatırladaq ki, 2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
Nazim Bəydəmirli iyulun 4-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) çağırılaraq saxlanılıb. O, ittihamı qəbul etmir, Söyüdlü etirazlarına görə həbs olunduğunu deyir.
Qeyd edək ki, bu ilin yanvar ayında onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılmışdı.

Həmçinin oxuyun

Zakir Həsənov azad edilmiş ərazilərlə bağlı göstərişlər verib

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən …