Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / Cəmiyyət / Nazim Bəydəmirli özünü ekologiya məhbusu hesab edir

Nazim Bəydəmirli özünü ekologiya məhbusu hesab edir

Vəkil Aqil Layic avqustun 10-da Milli Məclisin keçmiş deputatı, iqtisadçı Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşüb.

Vəkil bu barədə “Turan” İnformasiya Agentliyinə açıqlamasında danışıb. 

Onun sözlərinə görə, Nazim Bəydəmirli özünü ekologiya məhbusu hesab edir, çünki onun həbsinin səbəbi Söyüdlü kəndində baş verən hadisələrlə bağlıdır və hazırki ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır.

Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin   182.2.4-cü (Xeyli miqdarda əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. Maddəyə əsasən, təqsiləndirilən şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Növbəti gün məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. 

Bəydəmirli ittihamı rədd edib, onun uydurma olduğunu deyib. Onun sözlərinə görə, həbsinin əsl səbəbi Söyüdlü hadisələri ilə bağlı çıxışlarıdır.

Həmçinin oxuyun

90 yaşlı erməni qadın: “Allah bizim millətin üstünə od töksün” – VİDEO

Azərbaycan Ordusunun hərbçilərinin xəstə erməni qadına kömək etdiyini əks etdirən görüntülər yayılıb.Belə ki, videoda hərbçilərimiz …