Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Cəmiyyət / NAZİM BƏYDƏMİRLİ İLƏ TALEH ŞAHSUVARLI ARASINDAKI DAVANIN NÖVBƏTİ RAUNDU BAŞLAYIR

NAZİM BƏYDƏMİRLİ İLƏ TALEH ŞAHSUVARLI ARASINDAKI DAVANIN NÖVBƏTİ RAUNDU BAŞLAYIR

Bakı Apellyasiya Məhkəməsində keçmiş deputat Nazim Bəydəmirlinin Səbail rayon məhkəməsinin 26 iyul 2016-cı il qərarından verdiyi şikayət ərizəsinə baxılıb.

Bu barədə Qaynarinfo.Az-a Nazim Bəydəmirli məlumat verib.

N.Bəydəmirli bildirib ki, apellyasiya şikayəti verməsinə səbəb “Tezis.az” saytının redaktoru Taleh Şahsuvarlıya qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı Səbail rayon məhkəməsinin 26 iyul 2016-cı il tarixli qərarı olub:
“Səbail rayon məhkəməsi həmin qərarla mənim ərizəmi icraata götürməkdən imtina etmişdi. Bu gün isə Bakı Apellyasia Məhkəməsində ərizəmə baxılıb, məhkəmə ədalətli qərar çıxardıb ki, ilkin instansiya, yəni Səbail rayon məhkəməsi ərizəni icraata götürsün”.

Qeyd edək ki, sabiq deputatın jurnalisti məhkəməyə verməsinə səbəb onun jurnalist Xədicə İsmayılla birgə siyasi təşkilat yarada biləcəyi haqqında Tezis.az saytında yayınlanmış yazı idi.

Həmçinin oxuyun

Narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və …

Bir cavab yazın