Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / NAZ-Lifan avtomobili “İlin debütu” adına layiq görülüb

NAZ-Lifan avtomobili “İlin debütu” adına layiq görülüb

Ötən ay Qəbələdə baş tutmuş Azərbaycanın yeganə avtomobil sərgisi – “Qafqaz Motor – Şou 2016” (Caucasus Motorshow 2016) təşkilatçıları tərəfindən NAZ-Lifan avtomobili “İlin debütu” adına layiq görülüb.

Bu sərgidə ilk dəfə iştirak edən NAZ-Lifan 2 yeni modelini təqdim edib – Biznes Sedan NAZ-Lifan 820 və SUV yolsuzluq avtomobili NAZ-Lifan X60.

Naxçıvan Avtomobil Zavodunda Çin mütəxəssislərinin iştirakı ilə istehsal olunan bu avtomobillər həm görünüş, həm də funksionallıq baxımından sərgi ziyarətçilərinin diqqətinə və marağına səbəb olub.

“Bizim burada təqdim etdiyimiz biznes sedan NAZ-Lifan 820 müasir və nəfis dizayna, dinamik və qənaətcil mühərrikə, rahat salona və avtomobil sahiblərinə lazım olan bütün opsiyalara malikdir, qiymət baxımından da istənilən rəqabətə hazırdır” – deyə Lifan Motorsun Azərbaycandakı Çinli nümayəndəsi Zhu Yanyu bildirib.

Sərgidə təqdim olunan ikinci model NAZ-Lifan X60 SUV avtomobildir. Azərbaycanda istehsal olunan bu krossover hələlik mexaniki sürət qutusuna malik olsa da, tezliklə avtomat sürət qutusu ilə də təklif olunacaq.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildə istismara verilib. Zavodda Almaniya, İtaliya və Belçikada hazırlanan ən son avadanlıqlardan istifadə olunub. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. İstehsal Çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.

Click to enlarge image foto1.jpgClick to enlarge image foto9.JPG

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın