Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / Naxçıvanın sabiq deputatına vəzifə verildi – FOTORLAR

Naxçıvanın sabiq deputatına vəzifə verildi – FOTORLAR

Yeni Azərbaycan Partiyasının üzvü, Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinin sabiq deputatı Anar Axundzadəyə yeni vəzifə verilib.

Azinforum.az turkustan.info-ya istinadən  xəbər verir ki, sabiq deputat Anar Axundzadə Azərbaycan Respublikasının Prezident Administrasiyasının təqdimatı əsasında Səbael Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Anar Axundzadə 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. 1990-1995-cil illərdə Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı və həmin universitetin (ikinci təhsil) hüquq fakultəsin bitirib. 1995-ci ildə Naxçıvan MR Nazirlər Kabinetinin birinci dərəcəli mütəxəssisi, elə həmin ilin dekabr ayında Naxcıvan MR Ali Məclisi sədrinin köməkçisi təyin edilib.

1996-1997-ci illərdə Naxçıvan DİN Daxili Qoşunlarinda həqiqi hərbi xidmətdə olub. 1997-2000-ci illərdə Naxçıvan MR Ali Məclisi Sədrinin köməkçisi işləyib. 2000-ci il fevral ayında Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 3 saylı Naxçıvan Şəhər dairəsindən Azərbaycan Respublikasının millət vəkili seçilib (2000-2005).

Deputatlıq fəaliyyəti dövrundə bir sıra beynəlxalq təşkilatların üzvü və seminarların iştirakçısı olub. 2000-2005-ci illərdə ATƏT seminar konfransı (Portuqaliya), Dunya Bankının seminar konfransı (Avstrya), NATO seminar konfrans (Almaniya, Belçika), Avropa Birliyi Əməkdaşlıq komitəsinin iclası (Fransa), Azərbaycan-Sloveniya Parlamentlərarası Dostluq qrupunun sədri, Azərbaycan- Birləşmiş Ərəb Əmirlikləri dostluq qrupunun sədr muavini, eyni zamanda 5 il Azərbaycan Avropa Əməkdaşlıq Komitəsinin üzvü olub.

2000-ci ildə Azərbaycan Respublikasi Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında İnvestisiya proseslərinin dövlət tənzimlənməsi ixtisasi üzrə ixtisasartırma vəsiqəsini alıb. 1998-ci il Dünya Gənclərinin Beynəlxalq Festivalının iştirakşısı olub.

1992-ci ildən yani yaranan gundən Yeni Azərbaycan Partiyasinin uzvüdür. YAP Naxçıvan Gənclər Təşkilatının sədri (1995-2000). 1999-cu il YAP birinci Qurultayinda YAP Siyasi Şurasının üzvü seçilib. Azərbaycan Respublikasının prezident, Milli Məslis, Bəladiyyə seckilərində Yeni Azərbaycan Partiyasi tərəfindən Azərbaycan Respublikasi üzrə səlahiyyətli nümayəndə olub. Hazırda Yeni Azərbaycan Partiyasının üzvi kimi siyasi fəaliyyətini davam etdirir.

Anar Axundzadə fotolarda 

 

 

 

 

 

Həmçinin oxuyun

“Mən sizin Şuşada icra başçınızam, Bakıda yox”

“Evimiz yanıb kül olub. Bütün əşyalarımız yanıb, heç nəyi çıxara bilməmişik. Qışın ortasında günlərdir ki, …

Bir cavab yazın