Çərşənbə , Aprel 24 2024
Ana səhifə / NAXÇIVANIN MƏRDLİK ZİRVƏSİNDƏ TARİX YAZILIR – FOTOLAR

NAXÇIVANIN MƏRDLİK ZİRVƏSİNDƏ TARİX YAZILIR – FOTOLAR

Salam Əlincə qalası!!!

Bu günü sənin günündür!!!

Bu gün sən tarixinin ən möhtəşəm gününü yaşayırsan. Səni ilk dəfə görənlərin sənə necə heyranlıqla baxdıqlarını gördüm. Sən yurdsan, sən torpaqsan, sən şərəfsən. Əzəmətli görünüşü ilə ağır döyüşlərdən alnıaçıq, üzüağ çıxmısan. Mötəşəm görünüşün ilə məğrur, yenilməz baxışlı sərkərdəni xatırladırsan. Hər daşında, qayanda bir tarix gizlətmisən. Sən rəşadət, mübarizlik, qəhrəmanlıq simvolusan.

Bu gün sən “Naxçıvan – bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının iştirakçılarını heyrətə gətirməyi, ürəkləri ovsunlamağı bacardın. İncə əllər yaratdı yenidən ƏLİNCƏNİ…
Bəli, hazırda heyranlığın və məğrurluğun uca zirvəsi – Əlincə qalası möhtəşəm tədbirə ev sahibliyi edir. Canlı tarix nümunəsi olan Əlincə qalası turizmin inkişaf etdirilməsi baxımından olduqca əlverişli abidədir. Mərdlik və qəhrəmanlıq kitabına, rəşadət və hünər tariximizə adını qızıl hərflərlə həkk etdirən, yadellilərə qarşı nümayiş etdirdiyi iradə, dözüm və əzmkarlıqla məşhurlaşan, dillər əzbəri olan Əlincə Azərbaycan xalqının milli-mədəni sərvətidir. Burada belə bir festivalın təşkilinin əhəmiyyəti böyükdür.
Sanki bu gün Əlincənin könlü açılıb, sanki bu gün başını bir az da dik tutub. Çünki uca dağın sıldırımlı zirvəsindən məğrurluqla boylanan,  öz görünüşü ilə aləmə meydan oxuyan, igidliyin, əzəmətin rəmzi olan Əlincə qalası bu gün də sevildiyini, fəxarət hissi ilə anıldğını görür.
Festival davam edir!!!

Sara ƏZİMOVA,

Naxçıvandan xüsusi olaraq Azinforum.az üçün 
AZİNFORUM.AZ festivaldan  çəkilən eksklüziv  fotoları təqdim edir:

 

res

s002

s-1

s2

s3

 

 

 

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın