Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Cəmiyyət / Naxçıvanda zenit-raket komplekslərini muzeyə qoydular

Naxçıvanda zenit-raket komplekslərini muzeyə qoydular

Naxçıvan Muxtar respublikasında  ən çox ziyarət edilən məkanlardan olan açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına zenit raket kompleksləri və döyüş təyyarələri daxil edilib.

Ötən il 26 adda eksponatla fəaliyyətə başlayan Naxçıvan Döyüş Şöhrəti Muzeyində bu gün 36 adda silah, texnika və qurğu mövcuddur.

Məlumatı Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Hazırda muzeydə müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş və döyüş yolu keçmiş haubitsa, top və minaatanlar, “S-75”, “S-125”, “S-200” zenit raket kompleksləri, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, “SU-17” və “MİQ-21” döyüş təyyarələri, mühəndis texnikaları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur.

Ümumi sahəsi 13 min kvadratmetr olan Naxçıvan Döyüş Şöhrəti Muzeyində hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

Həmçinin oxuyun

Bakıda bəylə gəlin piketə düşdü (VİDEO)

Bakıda bəylə gəlin polislə jurnalistlərin arasında qalıb.Hadisə paytaxtın mərkəzi hissəsində – Bakı Şəhər İcra Hakimiyyətinin …