Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / NAXÇIVANDA YUMURTA SATIŞINDA HEÇ BİR LİMİT YOXDUR – QİYMƏT HƏTTA BAKIDAN DA UCUZDUR (FOTO)

NAXÇIVANDA YUMURTA SATIŞINDA HEÇ BİR LİMİT YOXDUR – QİYMƏT HƏTTA BAKIDAN DA UCUZDUR (FOTO)

“Bəzi KİV-lərdə Naxçıvan MR-də yumurtanın limitlə satılması və mağazalarda olmaması ilə bağlı yayılan fikirlər həqiqəti əks etdirmir”.
Bu fikirləri Azinforum.az-a Naxçıvandakı etibarlı mənbə bildirib:

“ Vəziyyət belədir ki, Naxçıvanda yumurtanın hazırki satış qiyməti Bakıdan da ucuzdur. Hazırda MR-də 30 ədəd yumurta ( 1 kletka-red) 4 manat 20 qəpiyə satılır. Qonşu Türkiyədə yerli valyuta olan lirənin bir qədər qiymətdən düşməsi, yumurtanın qiymətinə də təsirsiz ötüşməyib. Naxçıvanla həmsərhəd olan Türkiyədə yumurtanın qiymətinin kəskin qalxması bəzi işbazlarda yumurtanın Naxçıvandan alıb, Türkiyəyə aparılıb satılması marağını oyadıb. Çünki hazırda Türkiyədə yumurtanın 30 ədədi (1 kletkası- red) bizim pulla 7 manat 20 qəpiyə satılır.
Təsəvvür edin ki, bir “kletka” yumurtada 3 manat xeyirin qalması MR-dən yumurtanın kütləvi şəkildə daşınmasına səbəb ola bilər. Bu məqsədlə də, süni qiymət artımının qarşısının alınması üçün, bəzi qabaqlayıcı tədbirlər həyata keçirilir ki, daxili bazar qorunsun. Yaranmış vəziyyətdən istifadə edən bəzi işbazlar kütləvi şəkildə yumurtanı alıb başqa ölkəyə aparmasınlar. Hazırda Naxçıvanın istənilən marketindən yerli əhali 1 “kletkası” 4 manat 20 qəpiyə yumurta ala bilər. Bununla bağlı hansısa problem yoxdur. Yumurtanın satışı üçün yerli əhaliyə heç bir limit tətbiq olunmayıb”.

Azinforum.az Naxçıvanın ən iri marketlərindəki real mənzərəni əks etdirən fotoları təqdim edir. 

y2

y1

 

Çinarə SEYİDOVA
Azinforum.az

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın