Bazar ertəsi , İyun 24 2019
Ana səhifə / Cəmiyyət / Naxçıvanda komanda-qərargah təlimi başa çatıb

Naxçıvanda komanda-qərargah təlimi başa çatıb

Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti komanda-qərargah təlimi uğurla başa çatıb, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun “Tam müdafiə” döyüşə hazırolma dərəcəsinə gətirilməsi, birinci eşelon birləşmələri tərəfindən düşmənin qəfil hücumlarının və diversiya-kəşfiyyat fəaliyyətlərinin qarşısının alınması, ehtiyat birləşmə və hissələrin həyəcan siqnalı ilə döyüş təyinatlı rayonlara çıxarılması, müdafiə əməliyyatına hazırlıq və müdafiənin aparılması mövzuları işlənib.

Təlimin ssenarisinə əsasən praktiki fəaliyyətə cəlb olunan birləşmə və hissələr təlim ərazisinə çıxarılaraq döyüş atışları icra ediblər.

Həmçinin oxuyun

“Sədərək” Ticarət Mərkəzində aksiya – Mağazalar bağlandı

“Sədərək” Ticarət Mərkəzində bir qrup sahibkar etiraz əlaməti olaraq bu gün mağazaları bağlayıblar. Bu haqda …