Bazar ertəsi , İyun 14 2021
Ana səhifə / Cəmiyyət / Naxçıvanda eneolit dövrünə aid unikal qızıl boyunbağı tapıldı – FOTO

Naxçıvanda eneolit dövrünə aid unikal qızıl boyunbağı tapıldı – FOTO

AMEA Naxçıvan Bölməsi ilə Fransa Milli Araşdırmalar Mərkəzinin Şərur rayonunun Ovçular təpəsi qədim yaşayış yerində birgə apardığı qazıntılar zamanı Naxçıvanın milli geyim kolleksiyasına aid qızıl boyunbağı tapılıb.

Kult.az xəbər verir ki, Qafqaz ərazisində tapılan ən qədim qızıl əşya olan bu tapıntı bütövlükdə Qafqaz arxeologiyası, etnoqrafiyası, dekorativ-tətbiqi sənətləri tarixində yeni səhifə, xüsusilə Azərbaycan zərgərlik sənəti və milli geyim mədəniyyətində yeni bir nüsxədir.

Tədqiqatçılar qızıl boyunbağını Son Eneolit dövrünə aid edirlər. Boyunbağı qədim dövr üçün xarakterik olan çəngəlşəkilli başlıqlı bəzək əşyaları qrupuna daxildir. Ağımtıl sarı rəngli boyunbağının eni 6 millimetr, diametri 18 santimetrdir.

Həmçinin oxuyun

Nazirlər Kabinetində qazi və əlilləri narazı salan xəlvəti əməliyyat: “Siyahını gizlicə dəyişiblər”

Son vaxtlar ölkədə əlillik dərəcələrinin verilməsi ilə bağlı problem və müzakirələr səngimir. Əlillik dərəcəsi təyin …