Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Naxçıvanda 12 mindən çox sərnişin qatarla daşınıb

Naxçıvanda 12 mindən çox sərnişin qatarla daşınıb

Muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafı diqqət mərkəzindədir.

Azinforum.az xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” MMC-nin məlumatında qeyd olunub.

Bildirilib ki, oktyabr ayında da bu istiqamətdə bir sıra tədbirlər görülmüş, “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Yük və Sərnişin Daşımaları İdarəsi tərəfindən muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 12 min 780 ton müxtəlif təyinatlı yük, yük-sərnişin qatarları vasitəsilə isə 12 min 284 sərnişin daşınıb.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …