Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan TV 30 kitab ətrafındakı diskussiyalardan xüsusi veriliş hazırladı – VİDEO

Naxçıvan TV 30 kitab ətrafındakı diskussiyalardan xüsusi veriliş hazırladı – VİDEO

Məlum olduğu kimi, bu yaxınlarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  imzaladığı sərəncamla oxuması zəruri olan 30 kitabın siyahısını təqdim edib. Sərəncama əsasən, gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.

V.Talıbovun kitab siyahısında müxtəlif janrlı yerli və xarici ədəbiyyatlara üstünlük verilib. Məsələn, siyahıya “Kitabi-Dədə Qorqud” dastanı, “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı), ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu, Nikolay Ostrovskinin “Polad necə bərkidi”, Moris Meterlinknin “Arıların həyatı” və “Göy Quş” əsərləri, “İslamda müdrik kəlamlar”, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, Cek Londonun “Həyat eşqi” kimi kitablar daxil edilib.  Xatırladaq ki, sözügedən sərənacamla bağlı sosial şəbəkələrdə geniş diskussiyalar açılıb. Naxçıvan Dövlət Televiziyası sosial şəbəkələrdə gedən həmin müzakirələrlə bağlı xüsusi veriliş hazırlayıb. Azinforum.az həmin verilişin videosunu təqdim edir.

M.MİRZƏYEV

Azinforum.az

https://www.youtube.com/watch?v=ASX-Btrqn4w

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın