Ana səhifə / Cəmiyyət / NAXÇIVAN STATİSTİKA KOMİTƏSİ “NAZ LİFAN” BARƏDƏ YAYILAN MƏLUMATLARI TƏKZİB EDİR

NAXÇIVAN STATİSTİKA KOMİTƏSİ “NAZ LİFAN” BARƏDƏ YAYILAN MƏLUMATLARI TƏKZİB EDİR

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi bəzi elektron KİV-lərdə Naxçıvan Avtomobil Zavodu haqqında yayılan məlumatları əsassız saydığına dair mövqe bildirib. Komitə tərəfindən Azinforum.az-a təqdim edilən yazını olduğu kimi təqdim edirik.

“Son dövrlər ölkəmizdə olduğu kimi Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın şaxələndirilməsi və sosial sahənin inkişafı üzrə mühüm tədbirlər həyata keçirilir, yeni istehsal və xidmət sahələri yaradılır, əhalinin səmərəli məşğulluğu təmin edilir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi də əldə olunan bu uğurları, muxtar respublikanın iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri ümumiləşdirərək vaxtaşırı kütləvi informasiya vasitələrində işıqlandırır.
Son vaxtlar virtual aləmdə Naxçıvan Muxtar Respubikası Dövlət Statistika Komitəsinə istinadən Naxçıvan Avtomobil Zavodu haqqında əsassız məlumatlar yayılmaqdadır.
Məlumatlara cavab olaraq bildirmək istəyirik ki, Dövlət Statistika Komitəsinin Naxçıvan bölməsi yox, müstəqil qurum kimi fəaliyyət göstərən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi mövcuddur.
Məlumatlarda qeyd olunan “Orada, sadəcə, Çindən gələn maşın hissələri bir-birinə birləşdirilir. Bu, istehsaldan daha çox yığma prosesini xatırladır” cümləsinə cavab olaraq bildirək ki, yaxın günlərdə muxtar respublikanın aidiyyatı sənaye müəssisələrində zavodun sifarişi üzrə avtomobillərin ehtiyat hissələrinin istehsalına başlanılacaqdır. Zavod 2010-cu ildən fəaliyyət göstərir, bu qısa zaman ərzində və muxtar respublikanın blokada şəraitində olmasına baxmayaraq görülən bu işlər uğurdan başqa bir şey deyil. Yeni avtomobil modellərinin istehsalı üzrə zavodda yenidən-qurma işləri aparıldığından sadəcə iki ay ərzində avtomobil istehsal olunmayıb. İki ay ərzində isə 100-dən çox avtomobilin satışı bunun əsaslı sübutudur.
Müəssisə haqqında deyilən daha bir yalan məlumatda qeyd edilib ki, guya bizim Komitə tərəfindən məlumatda bildiriblər ki, “avtomobil sənayesində çalışanların əməkhaqqı çox aşağıdır. 2014-cü ildə bu sektorda çalışanların orta aylıq əməkhaqqı 282 manat olub”. Bildirmək istəyirik ki, muxtar respublikada sənaye sahəsinin qeyri-dövlət bölməsində işləyənlərin orta aylıq əməkhaqqı 2015-ci ilin sonuna 387 manat təşkil etmişdir. Müəssisənin rəqəmi isə muxtar respublika üzrə ümumi göstəricidən daha da çoxdur.
Naxçıvan Avtomobil Zavodunun bu sektorda əldə etdiyi uğurları görə bilməyən dırnaqarası jurnalistlərdən məlumatı hazırlayarkən yalandan kiminsə adından istifadə etmək yox, dəqiq və mənbəyi məlum olan göstəricilərə istinad etməyi xahiş edirik”.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın