Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Cəmiyyət / Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib – FOTOLAR

Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilib – FOTOLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, yanvarın 1-də Naxçıvan Muxtar Respublikasının şəhər və rayon mərkəzlərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində Naxçıvan Dövlət Kukla Teatrı aktyorlarının ifasında səhnəciklər təqdim edilib, şən mahnılar səslənib. Bayram şənliyində muxtar respublikada fəaliyyət göstərən istehsal və xidmət müəssisələri tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb, sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.

Məktəblilər Nazlı İbrahimli və Yusif Dadaşov Ali Məclisin Sədri ilə görüşüb, təbriklərini, xoş arzu və diləklərini çatdırıblar.

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …