Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan MR DİN-i ötən gün baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yaydı

Naxçıvan MR DİN-i ötən gün baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yaydı

Azinforum.az-ın xəbərinə görə məlumatda deyilir:

“2017-ci il mayın 7-də, saat 2100 radələrində Naxçıvan-Sədərək magistral avtomobil yolunda – Kəngərli rayonunun Qıvraq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir.

1990-cı il təvəllüdlü Şərur rayonunun Arbatan kənd sakini, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı, polis baş serjantı Ələkbərov Nuran Sadıq oğlunun idarə etdiyi 68-BC-222 dövlət qeydiyyat nişanlı “Mersedes benz E-240” markalı minik avtomobili ilə 1973-cü il təvəllüdlü Naxçıvan şəhər sakini, hərbi qulluqçu Eminov Mirnemət Mirhəsən oğlunun idarə etdiyi 75-BC-080 dövlət qeydiyyat nişanlı “VAZ-21214” markalı minik avtomobili toqquşmuşdur. Hadisəyə yağan güclü yağış nəticəsində yaranmış sel və palçıq qatı səbəb olmuşdur.

Qəza nəticəsində ağır bədən xəsarəti alan Ələkbərov Nuran Sadıq oğlu, onun həyat yoldaşı 1991-ci il təvəllüdlü Ələkbərova Şəmsiyyə Elçin qızı, oğlu 2013-cü il təvəllüdlü Ələkbərov Sadıq Nuran oğlu və digər avtomobilin sürücüsü Eminov Mirnemət Mirhəsən oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişlər. Göstərilən tibbi yardıma baxmayaraq onlar mayın 8-də vəfat etmişlər.

Hadisə ilə bağlı Kəngərli Rayon Prokurorluğunda araşdırma aparılır.”

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın