Ana səhifə / Cəmiyyət / Naxçıvan MR-də yeni təhsil naziri təyin olundu

Naxçıvan MR-də yeni təhsil naziri təyin olundu

Rəhman Əli oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

“Naxçıvan TV” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov fərman imzalayıb.

Qeyd edək ki, Rəhman Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Xalq şairi Musa Yaqub xəstəxanaya yerləşdirildi

Azərbaycanın Xalq şairi, 82 yaşlı Musa Yaqub səhhətində yaranan problemə görə bu gün İsmayıllı rayon …