Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin edildi

Naxçıvan Dövlət Təhlükəsizliyi Xidmətinə rəis müavini təyin edildi

Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib.

APA-nın məlumatına görə, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı ilə Fariz Nəriman oğlu Bağırov Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilib.

Qeyd edək ki, Vasif Talıbovun 18 dekabr 2015-ci il tarixli fərmanı ilə Naxçıvan MR Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidməti yaradılıb və 18 dekabr 2015-ci il tarixli sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan MR Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsindən azad edilərək Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Naxçıvan MR milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.

Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın