Çərşənbə , İyul 24 2019
Ana səhifə / Cəmiyyət / Natiq Cəfərli azadlığa buraxıldı

Natiq Cəfərli azadlığa buraxıldı

“Real” hərəkatının icraçı katibi Natiq Cəfərli azadlığa buraxılıb.

APA-nın məlumatına görə, bu barədə vəkili Cavad Cavadlı özünün “Facebook” səhifəsində yazıb.

Vəkilin sözlərinə görə, bu gün Nəsimi Rayon Məhkəməsində prokurorluğun N.Cəfərlinin həbsdən azad olunması barədə təqdimatına baxılıb. Məhkəmə təqdimatı təmin edib və onun azadlığa buraxılması barədə qərar qəbul edib.

N.Cəfərli həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Həmçinin oxuyun

Elzadan daha bir rüsvayçı şeir: “Sən məni aldın, mən sənə verdim”

Əməkdar artist Elza Seyidcahan növbəti şeirini təqdim edib.  Şəxsi instagram hesabında izləyiciləri ilə paylaşdığı “Metamarfozlar” …

Bir cavab yazın