Ana səhifə / Cəmiyyət / Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı qadağan olundu

Natiq Abbasəliyevin oğlunun ölkədən çıxışı qadağan olundu

Müdafiə Nazirliyinin sabiq şöbə müdiri Natiq Abbasəliyevin oğlu Yunis Abbasəliyevin ölkədən çıxışı məhdudlaşdırılıb.

Kriminalqafqaz xəbər verir ki, o, dövlətə olan borcunu ödəmədiyi üçün barəsində müvafiq qərar çıxarılıb.

Belə ki, Y.Abbasəliyevlə bağlı Dövlət Vergi Xidmətinin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb və məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, Y.Abbasəliyevin atası Natiq Abbasəliyev rütbəcə polkovnik-leytenant olub. O, Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə nazirliyin Maliyyə İdarəsinin şöbə müdiri işləyib.

Həmçinin oxuyun

Şeyxin biznesi haqda məlumat dövlət sirridirmi?

“Kanalların birində ölkənin Şeyxülislamı Allahşükür Paşazadənin qardaşı, millət vəkili Cavanşir Paşazadəyə sual verirlər ki, sizin …