Ana səhifə / Cəmiyyət / Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

Natəvanın heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə aparılıb

Azərbaycanın tanınmış şairəsi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə çatdırılıb.

Heykəl martın 4-də Evian şəhərindən götürülüb. Natəvanın heykəli artıq Azərbaycanın Fransadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzindədir və onun Mərkəzin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

Məlumata görə, heykəl götürülərkən üzərindəki örtük açılıb və müəyyən olunub ki, üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).

Həmçinin oxuyun

Zakir Həsənov azad edilmiş ərazilərlə bağlı göstərişlər verib

Müdafiə Nazirliyinin rəhbərliyi Hərbi Polis İdarəsinin yaranmasının 32-ci ildönümü münasibətilə Gəncə hərbi polis bölməsində keçirilən …