Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / NAQİF HƏMZƏYEV JURNALİSTLƏRDƏN NİYƏ QAÇIR? – ELMAR VƏLİYEVİN MEDİA SİAYƏSƏTİ ÇAT VERİR

NAQİF HƏMZƏYEV JURNALİSTLƏRDƏN NİYƏ QAÇIR? – ELMAR VƏLİYEVİN MEDİA SİAYƏSƏTİ ÇAT VERİR

Azinforum.az-ın əldə etdiyi məlumata görə, hazırda bəzi sayt rəhbərləri  əllərində çıraq Gəncədən Milli Məclisə  deputat seçilən Naqif Həmzəyeivin axtarışına çıxıblar. Ancaq maraqlıdır ki,  Naqif Həmzəyev əvvəllər “dostlar” siyahısına daxil etdiyi baş redaktorların telefon zənglərinə cavab verməyərək, onlardan yayınmağa çalışır. Bizə məlumat verən mənbə bildirir ki, jurnalistlərin  Naqif Həmzəyevlə əlaqə yaratmağa cəhd etməsinin kökündə duran məsələ Elmar Vəliyevin rəhbərlik etdiyi Gəncə Şəhər İcra Hakimiyyətinin 3 aydır ki,  bəzi saytlarla “əməkdaşlığı” kəsməsidir.  Qeyd edək ki, millət vəkili mandatını qazanmadan əvvəl , Naqif Həmzəyev Elmar Vəliyevin media ilə əlaqərini tənzimləyən şəxs olub.   Görünür,  deputat seçiləndən sonra gənc millət vəkili bu cür “məsuliyyətli” işi özündən uzaqlaşdırmaq istəyir.  Xatırladaq ki,  sözügedən şəxs millət vəkili seçiləndən az sonra ADR-in qurucusu Məhəmmədəmin Rəsulzadə barəsində işlətdiyi tənqidi fikirlərə görə böyük ictimai qınağa tuş gəlmişdi.

RÖVŞƏN

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın