Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Namiq Abbasov MTN-nin ləğvindən DANIŞDI

Namiq Abbasov MTN-nin ləğvindən DANIŞDI

“Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilməsi dövlət başçısının qərarıdır. Bu qərara hörmətlə yanaşıram”. Bunu Modern.az saytına açıqlamasında 1995-2004-cü illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.

N.Abbasov həmçinin bildirib ki, zamanı qabaqlamaq lazım deyil.

“Bilirsiz, bu sahədə yeni addımlar atılır. Hələ yol gedilir. Bir ilə, iki ilə, üç ilə bilinəcək ki, hər şey yerində olubmu?! Ona görə də zamanı gözləmək lazımdır. O cümlədən, başqa rəy bildirməyə lüzum görmürəm”.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad ediləndən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın